Menu

"Qəbələ" klubu iki yoxlama oyunu keçirəcək

26.07.2018, 21:15
"Qəbələ" klubu iki yoxlama oyunu keçirəcək

"Qəbələ" klubu 2018/2019 mövsümünün hazırlıqlarını davam etdirir.

"Report"un klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iki gün əvvəl Bakıda bir araya gələn “qırmızı-qaralar” paytaxtdakı hazırlığın 3-cü gününü başa vurub.

Komanda günü iki məşqlə yekunlaşdırıb. Sənan Qurbanovun rəhbərlik etdiyi kollektiv avqustda start götürəcək Azərbaycan Premyer Liqasının 2018/2019 mövsümünün ilk turuna qədər iki yoxlama oyununda qüvvəsini sınayacaq. “Qırmızı-qaralar” iyulun 31-də əvəzedici komanda ilə üz-üzə gələcək.

“Qəbələ”nin ikinci yoxlama oyunu isə avqustun 4-də baş tutacaq. Komandanın ikinci rəqibinin adı yaxın günlərdə müəyyənləşəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol