Menu

Ümumdünya Səhiyyə Təşkilatı tövsiyyələr toplusu buraxıb - İstidən qorunmaq üçün

27.07.2018, 00:34
Ümumdünya Səhiyyə Təşkilatı tövsiyyələr toplusu buraxıb - İstidən qorunmaq üçün

«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyanın bir sıra bölgələrində yaranmış qeyri-adi isti hava şəraiti ilə bağlı töviyyələr toplusu hazırlaıb.

ÜST-nın tədqiqatlarına əsasən, iqlimin dəyişməsi səbəbilə, getdikcə daha çox insan yüksək temperaturdan əziyyət çəkir və bu tenensiya davam edəcək. Belə ki, 2000-2016-cı illər aralığında istinin təsirinə məruz qalmış insanların sayı 125 milyon nəfərə yüksəlib. ÜST xatırladır ki, 2003-cü ildə anomal yüksək temperaturun təsirindən Avropada 70 min insan ölüb, 2010-cu ildə isə Rusiyada 44 günün ərzində 56 mindən artıq insan istidən həlak olub.

İnsanların vaxtıqdan əvvəl həlak olmasını və istnin insanların sağlamlığına neqativ təsirini önləmək üçün ÜST tövsiyyələrin siyahısından ibarət toplu buraxıb. Məsələn, ekspertlər gündüz saatlarında otaqda (yaşayış sahəsində) temperaturu 32 dərəcədən aşağı, gecə isə 24 dərəcədən aşağı saxlamağı tövsiyyə edirlər.

Otaqda temperaturu aşağı salmaq üçün otaqlarda yaş məhrəba asmaq, mənzili gecələr və səhərlər havalandırmaq, yuxu üçün isə otağın ən sərin yerini sesmək lazımdır.

Güclü isti şəraitində gündə ən azı 2-3 saat sərin yerdə, məsələn, kondisionerin işlədiyi otaqda qalmaq, istinin ən çox yandırdığı saatlarda isə küçəyə çığmamağa çalşmaq lazımdır.

Belə günlərdə fiziki yüklənməkdən qaçmaq gərəkdir, ağır işləri isə səhər saatlarında - havanın ən sərin vaxtında görmək lazımdır.

Orqanizmin temperaturunu aşağı salmaq üçün soyuq duş qəbul etmək, nəm məhrəba ilə silinmək və ya ayaqlar üçün «soyuq vanna» məsləhət görülür.

İmkan daxilində yüngül materialdan tikilmiş paltar geyinmək, müntəzəm içmək, spirtli içkilərdən, tərkibindən yüksək dərəcədə kofein və şəkər olan içkilərdən qaçmaq, tez-tez və kiçik porsiyalarla yemək lazımdır...

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol