Menu

Masallı sakini yanaraq ölüb

27.07.2018, 10:43
Masallı sakini yanaraq ölüb

Masallı sakini faciəli şəkildə ölüb.

APA-nın məlumatına görə, hadisə Abşeron rayonunda “SEN İnşaat” MMC-nin ərazisində qeydə alınıb. Masallı rayon sakini Ağaməli Qurbanov istismar müddəti bitmiş yük avtomobilinin metal hissələrini kəsərkən maşının yanacaq çənində olan yanacaq məhlulu onun üzərinə sıçrayıb və yaranan qığılcımdan o yanıb. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən A. Qurbanovu xilas etmək mümkün olmayıb.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol