Menu

Bakıda bir nəfər dənizdə boğulub, iki nəfər xilas olunub

27.07.2018, 18:50
Bakıda bir nəfər dənizdə boğulub, iki nəfər xilas olunub

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xəzər rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 6000 metr aralı, nəzarətsiz ərazi) 3 nəfərin batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, dərhal hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri 2 nəfəri xilas edib və 1977-ci il təvəllüdlü Zərbəliyev Azər Allahverdi oğlunun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.​

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol