«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İspaniyalı xilasedicilər Gibraltar boğazında 500 nəfərdən artıq miqrantı xilas edib.
Gümə günü Gibraltar boğazında həyata keçirilən xilasetmə əməliyyatları zamanı 24 qayıq tapılıb. Həmin qayıqlarda Afrikalı miqrantlar Avropaya çatmağa cəhd göstəriblər.
Qayıqlar qəzaya uğrayıblar və 505 nəfər insan suda qalıb. İspaniya xilasetmə xidməti onları aşkarlayıb və xilas edib.
Bu ərəfədə, İspaniyalı xilasedicilər Gibraltar boğazında 314 qaçqını tapıb və xilas etməyə müvəffəq olublar. 100 nəfər isə Alboran dənizində tapılıb.


Şərhlər