Menu

Rusiya və Çin vizasız rejimə keçməyə hazırlaşır

28.07.2018, 18:51
Rusiya və Çin vizasız rejimə keçməyə hazırlaşır

Rusiya və Çin yaxın vaxtlarda iki ölkə arasında vizasız gediş-gəlişi nəzərdə tutan sənəd imzalamaq niyyətindədirlər. Trend-in məlumatına görə, bu barədə Rusiya Federasiyasının turizm üzrə Federal Agentliyi rəhbərinin müavini Nikolay Korolyov deyib.

Onun sözlərinə görə, bu, iki ölkə arasında turizmin genişlənməsinə, turistlərin sayının artmasına təsir göstərəcək.

O deyib: "Çin tərəfi ilə əsas məsələlər artıq razılaşdırılıb, daha bir neçə işçi görüş keçiriləcək".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol