Menu

Ərdoğan Almaniyaya səfər etməyi planlayır - «Röyter» agentliyi

29.07.2018, 00:25
Ərdoğan Almaniyaya səfər etməyi planlayır - «Röyter» agentliyi

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Türkiyə Gümhuriyyətinin  Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyaya rəsmi səfər etməyi planlayıb. Bu barədə «Bild» qəzetinə istinadla, «Röyter» agentliyi xəbər yayıb.

KİV-nin məlumatına görə, səfər sentyabr ayında baş tuta bilər. Səfər zamanı Almaniya Prezidenti Frank Valter-Ştaynmayerlə görüş və rəsmi banket nəzərdə tutulur.

Bu, 2014-cü ildən sonra, Ərdoğanın Almaniyaya birinci və prezident statusunda ilk səfəri olacaq.

Berlinlə Ankara arasında münasibətlər 2016-cı ildə, Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısı alınandan sonra pisləşib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol