Menu

İstiqlalçı deputat Məryəm Həsənova dünyasını dəyişib

29.07.2018, 13:18
İstiqlalçı deputat Məryəm Həsənova dünyasını dəyişib

Azərbaycan Milli Məclisinin sabiq üzvü, istiqlalçı millət vəkili Məryəm Həsənova dünyasını dəyişib.Bu barədə Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı öz facebook səhifəsində məlumat verib.

Məryəm Həsənova 1990-1995-ci illərdə Azəbaycan parlamentinin üzvü olub.

1991-ci ilin 18 oktyabrında qəbul olunmuş Müstəqillik haqqında Konstitusiya Aktına səs verənlərdən, “Müstəqil Azərbaycan” deputat blokunun 43 üzvündən biri olub.

Məryəm Həsənova son illərdə ciddi xəstəlikdən əziyyət çəkirdi.

Şərhlər

Elsevər 2018-07-29 13:18:33

Allah rəhmət eləsin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol