Menu

İsrail Qəzza sektoruna yaxınlaşan gəmini saxlayıb

29.07.2018, 20:54
İsrail Qəzza sektoruna yaxınlaşan gəmini saxlayıb

Bu gün İsrail hərbçiləri Qəzza sektorunun dəniz blokadasını yarmaq istəyən gəmini saxlayıb. APA-nın məlumatına görə, bu barədə "Al-Ahram" qəzeti məlumat yayıb.

Gəmidə Qəzza sektorunda blokadaya qarşı çıxan 15 ölkənin 36 fəalı olub. Gəmi İsrail hərbi katerinin müşayiəti ilə Aşdod limanına gətirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol