Menu

Sabahdan ali məktəblərə ixtisas seçimi başlayır

29.07.2018, 22:55
Sabahdan ali məktəblərə ixtisas seçimi başlayır

Qəbul imtahanında müvafiq şərtləri ödəyən abituriyentlər üçün sabahdan etibarən ixtisas seçimi başlayır. Musavat.com-un məlumatına görə, Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, I, II, III, IV və V ixtisas qrupları üzrə ixtisas seçimi 30 iyuldan etibarən aparılacaq. Abituriyentlərdən ixtisas seçimində xüsusi diqqətli olmaları tələb olunur.

Qeyd edək ki, ixtisas seçimi 13 avqustadək davam edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol