Menu

REAL Partiyasında bu şəxslər rəhbər vəzifələrə seçildilər - SİYAHI

30.07.2018, 13:21
REAL Partiyasında bu şəxslər rəhbər vəzifələrə seçildilər - SİYAHI

İyulun 29-da Respublikaçı Alternativ Partiyasının (REAL) I Məclisinin iclası keçirilib.

Modern.az xəbər verir ki, iclasda partiyanın strukturlarına – partiya Məclisinin başqanı, partiyanın İdarə Heyətinin üzvləri, Məclisin katibi və komitələri təsis edilərək rəhbərləri seçilib.

Azər Qasımlı partiya Məclisinin başqanı seçilib.

Natiq Cəfərli – icra katibi, Erkin Qədirli – xarici əlaqələr katibi, Xalid Bağırov – hüquq və seçki katibi, Rəsul Cəfərov – insan haqları və humanitar katib, Toğrul İsmayılov – insan resursları katibi seçilib.

Partiya Məclisinin katibi – İnara Manafova seçilib. Məclisin xarici siyasət komitəsinin başqanı – Mübariz Rəhimli, İqtisadi Siyasət Komitəsinin başqanı – Zöhrab İsmayıl, Təhlükəsizlik Komitəsinin başqanı – Cəsur Sümərinli, Hüquq Siyasəti Komitəsinin başqanı – Vəfa Rüstəm, Sosial Siyasət Komitəsinin başqanı – Toğrul Vəliyev seçilib.

Şərhlər

t.ədalət 2018-07-30 13:21:10

Nə qədər ki xalqımızın başı "partiya-martiya" ilə qarışıb torpaqlarımızı azad edə bilməyəcəyik.Bu gün yurd sevgisi öndə olmalıdır.Bizi bir-birimizdən aralayan partiyalar ləğv edilməli,əvəzində həqiqətən Vətəni müdafiə etməyə qadir olan güclü partizan dəstələri formalaşmalıdır.Gənclərimizi vətənpərvərlik tərəfə yönəltməliyik!Həm də həqiqi vətənpərvərlik tərəfə.Yoxsa,QHT-lərdən pul qopartmaq üçün yalançı"...-şüvənliyə" yox!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol