Menu

Bakıda marşrut avtobuslarının yeni QİYMƏT CƏDVƏLİ açıqlandı

01.08.2018, 14:04
Bakıda marşrut avtobuslarının yeni QİYMƏT CƏDVƏLİ açıqlandı

Bakıda fəaliyyət göstərən marşrutların yeni qiyməti bəlli olub.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, şəhərətrafı və qəsəbələrarası marşrutların başlanğıc və son dayanacaqları arasındakı məsafədən asılı olmayaraq sərnişinin bir istiqamət üzrə ödəyəcəyi gediş haqqı məbləği (gedəcəyi məsafədən asılı olaraq) yuxarıda göstərilən tarif cədvəlinin 3-cü hissəsinə uyğun olaraq müəyyən edilir.

125 və 199 nömrəli şəhərətrafı marşrutların nağdısz ödəniş sistemi ilə fəaliyyət göstərməsi nəzərə alınaraq, gediş haqqı tarifi 0.35 manat səviyyəsində müəyyən edilib.

“28 May” metrostansiyası - Hava Limanı istiqamətində fəaliyyət göstərən H1 nömrəli ekspress marşrutun tarifində dəyişiklik edilməyib. Həmin marşrut üzrə gediş haqqı tarifi 1.30 manat təşkil edir.

Qiymət cədvəlini təqdim edirik

Şərhlər

Ümid 2018-08-01 14:04:58

Bu bu kasıb millətə bir daha qəsd eləməkdir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol