Menu

Qəzzada 110 İsrail hərbçisi həlak olub - HƏMAS

29.07.2014, 14:10
Qəzzada 110 İsrail hərbçisi həlak olub - HƏMAS

Həmas-ın hərbi qanadı "İzəddin əl- Kəssam Briqadaları" İsrailin Qəzza sektorunda iyulun 17-dən etibarən həyata keçirdiyi yerüstü əməliyyatlarda 110-dan çox İsrail hərbçisinin ölməsi barədə məlumat yayıb.

SalamNews-un "Anadolu" agentliyinə istinadla verdiyi xəbərə görə, İsrail ordusu bu günə olan itkilərinin 48 nəfər təşkil etməsi barədə məlumat verib.

Qəzzadakı Fələstin hökumətinin Səhiyyə nazirliyinin mətbuat katibi Əşrəf əl-Küdri bundan əvvəl iyulun yeddisindən, "Müdafiə səddi" əməliyyatı başladığı zamandan etibarən ölən fələstinlilərin sayının 1119 nəfər, yaralıların isə 6550 nəfər təşkil etməsi barədə məlumat verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol