Menu

İŞİD indi də xam neft satışı ilə məşğul olur

29.07.2014, 15:35
İŞİD indi də xam neft satışı ilə məşğul olur

"İslam dövləti" (keçmiş İŞID) silahlıları İraq və Suriyada neft və qaz yataqlarının böyük hissəsini nəzarətləri altında saxlayırlar. Dəməşq və Bağdadda fəallarının maddi bazasının genişləndrilməsi üçün xam neft satışı ilə məşğul olurlar.

SalamNews-un RİA "Novosti"yə istinadla verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Beynəlxalq Əlaqələr üzrə Şurasının əməkdaşı Canin Devidson bildirib.

O deyib ki, müstəqilliyini elan edən xilafət Suriyadakı səylərini ikqat artırıb və silsilə hücumlar təşkil edib. Nəticədə Suriya ərazisinin 35%-i və praktiki olaraq bütün neft və qaz yataqları üzərində nəzarəti ələ keçirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol