Menu

Gəncədə qızın yandırılması ilə bağlı DİN-dən açıqlama

02.08.2018, 21:29
Gəncədə qızın yandırılması ilə bağlı DİN-dən açıqlama

“Həmin videonun Azərbaycanda çəkilməsi inandırıcı deyil”

Bunu bizimyol.info-ya açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov sosial mediada Gəncədə marketlərdən birində gənc oğlanın qızı yandırması iddiasına cavab verərkən bildirib.

O deyib ki, Gəncədə baş verdiyi iddia edilən hadisənin videogörüntüsünü izləyib: “Amma həmin hadisənin Gəncədən baş verməsini sübut edən fakt yoxdur. Mənim bu barədə məlumatım yoxdur”.

DİN-in Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov da hadisə ilə bağlı bildirib ki, sözügedən görüntülər Gəncə şəhərində qeydə alınmayıb. Ümumiyyətlə son bir neçə ayda Gəncədə yanğınla bu cür hadisə olmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol