Menu

"İnanıram ki, "APA Holding”in fəaliyyəti tezliklə bərpa olunacaq" - Əfrahim Təhməzov

03.08.2018, 17:28
"İnanıram ki, "APA Holding”in fəaliyyəti tezliklə bərpa olunacaq"  - Əfrahim Təhməzov

“Bu holdinq bütün fəaliyyəti zamanı yalnız dövlətçiliyə xidmət edib, Azərbaycanı beynəlxalq aləmdə də ən nüfuzlu media qurumu kimi təmsil edib və inanıram ki, bundan sonra da belə olacaq".

Bunu tanınmış jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Hərbi Prokurorluğun mətbuat xidmətinin sabiq rəhbəri Əfrahim Təhməzov "APA Holding"ə daxil olan saytların fəaliyyətinin dayandırılmasına münasibət bildirərkən deyib. Ə.Təhməzov PRESSDAY.az saytına açıqlamasında deyib:

""APA Holding" kimi böyük bir media qurumun uzun illər fəaliyyət göstərməsi həm də Azərbaycanda söz və mətbuat azadlığının kifayət qədər dəstəklənməsinin göstəricisidir. Çünki Azərbaycan prezidenti İlham Əliyev də həmişə ölkəmizdə söz və mətbuat azadlığını dəstəkləyib. Məhz buna görə inanıram ki, "APA Holding”in fəaliyyəti tezliklə bərpa olunacaq”.

Şərhlər

t.ədalət 2018-08-03 17:28:46

APA-nı məmurlar yaradıb.Hakimiyyət adamları bu agentlik vasitəsi ilə kimi istəyirdilər "topa tuturdular".Belə bir həqiqət var ki,istifadə edilən sonda atılır.Hazırda jurnalistika birbaşa hakimiyyətin əlindədir və hansısa agentliyə lüzum yoxdur.Hörmətli Əfrahim Təhməzova da deyirəm ki,jurnalistika ilə məşğul ol,kiminsə istifadə alətinə çevrilmə.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol