Mərkəzi Afrika Respublikasında (MAR) rusiyalı jurnalistlərə basqı olan yerdən qaçmış sürücü təsdiqləyir ki, hücum edənlər nə fransız, nə də yerli xalqın dilində danışmayıblar, ruslar isə onların dilini başa düşürmüşlər.
«AzPolitika.info»-nun məlumatına görə, bu barədə «Corbeau News» portalı xəbər verib.
«Üç jurnalistin hazırda Banqidə nəzarət altında olan sürücüsünün sözlərinə görə, cinayətkarlar nə sanqo, nə də fransız dilinə oxşamayan dildə danışıblar. Qəribədir ki, hücum edənlərin dediklərini jurnalistlər başa düşürlərmiş» - deyə, portal yazır.
Bundan başqa, nəşrin məlumatına görə, yerli sakinlər üçün bu hücum silahlıların cinayətə oxşamayan hücumu təsiri bağışlayıb, böyük ehtimalla qatillər puldan savayı, daha nə isə axtarırlarmış. Mənbəyin adını çəkmədən, portal qeyd edir ki, «onlar üçün prioritet hədəf jurnalistlərdən biri - iri bədənli və əzələlisi olub. Qatil onun ciblərini axtarmaq istəyib, ancaq jurnalist buna imkan verməyib və müqavimət göstərib. Nəticədə, öz həmkarlarının gözü qarşısında o, birinci olaraq öldürülüb» - deyə, portal qeyd edib.
Bundan əvvəl, «Sərhədsiz reportyorlar» beynəlxalq təşkilat MAR-nın kütləvi kommunikasiya naziri Anj Maksim Kazaqiyə və MAR hökumətinin rəsmi nümayəndəsinə istinadla xəbər verib ki, hücum edənlər 9 nəfər və üz örtüyündə olublar - onlar nə fransız, nə də sanqo dilində danışmayıblar. Jurnalistlərin sürücüsünün sözlərinə görə, onlardan biri yerindəcə öldürülüb, ikisi isə aldığı yaradan daha sonra keçinib.
Böyük ehtimalla, ilk öldürülən Orxan Camal olub.


Şərhlər