Menu

Ermənistanın baş nazirinin sabiq müavininə qarşı ittiham irəli sürülüb

04.08.2018, 08:30
Ermənistanın baş nazirinin sabiq müavininə qarşı ittiham irəli sürülüb

Ermənistan sabiq baş nazirinin müavini Armen Qevorkyana qarşı Konstitusiya Məhkəməsi hakiminə təzyiq göstərmək üzrə ittiham irəli sürülüb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu idarənin rəhbəri Sasun Xaçatryan deyib.

"Əgər siz xatırlayırsınızsa, "WikiLeaks"də məlumat dərc olunmuşdu ki, Armen Qevorkyan Serj Sarqsyanın rəqiblərinin seçkinin yekunları ilə bağlı şikayətlərinə baxan zaman Konstitusiya Məhkəməsinin hakimi Valeri Poqosyana təzyiq göstərib. Biz bu məlumatı yoxladıq və onun əsaslı olduğu ortaya çıxdı", — deyə Xaçatryan bildirib.

Bundan əlavə, Qevorkyan ədalətli mühakimənin aparılmasına maneəçilik törətməkdə təqsirli bilinib və onu 6 il azadlıqdan məhrumetmə cəzası gözləyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol