Menu

Kütləvi savadsızlığın güzgüsü: sosial media - Xalq şairi tənqid etdi

04.08.2018, 13:23
Kütləvi savadsızlığın güzgüsü: sosial media - Xalq şairi tənqid etdi

Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, keçmiş millət vəkili Sabir Rüstəmxanlı ana dili ilə bağlı maraqlı məqama toxunub.

BakuPost xəbər verir ki, o, ana dili tələblərinin sosial mediada həddən çox pozulduğunu dilə gətirib, bütövlükdə dil bilgisinin zəifliyinin heyrət doğurduğunu deyib: "Ana dili-dövlət dili xalqın ümumi sərvətidir. Onun təmizliyini qorumaq, inkişafı qayğısına qalmaq hamımızın borcudur. Sosial media cəmiyyətdə yazı məsuliyyətini artırsa da, bütövlükdə dil bilgisinin zəifliyi heyrət doğurur. Ana dilinin yazı tələblərinin pozulmadığı, orfoqrafiya qaydalarının qorunduğu az yazı tapmaq olar. Sosial media kütləvi savadsızlığın güzgüsüdür. Elə bil çirkli, süzülmüş, yamaqlı paltar geyinib, çıxırlar camaat arasına. Xətirlərinə dəyməsə, adam bir guşə açıb rastlaşdığı dil qüsurlarını göstərər”.

S.Rüstəmxanlı sosial şəbəkələrdə şeirə dəxili olmayan qafiyəli yazıların hamı tərəfindən bəyənilməsini tənqid edir: "Hər kəsin dostu-yoldaşı, çevrəsi var, bəllidir, ancaq ədəbiyyat işi buna baxmaz... Bir də baxırsan şeirə dəxili olmayan bir qafiyəli yazı qoyublar, altında 50 dənə "bəh-bəh"... Doğrudanmı şeir bu qədər ucuzlaşıb? Sonra da o yazılar kitablara çevrilir. Qarşıma elə kitablar çıxır ki, içində bircə dənə əsl şeir yoxdur, amma müəllif bütün yaradıcılıq təşkilatlarının üzvüdür və iddiası yerə- göyə sığmır. Tənqid susur. Bu antiədəbiyyata, poeziyadan uşaq kitab axınına, bu zövqsüzlüyə, bu məsuliyyətsizliyə "dur” deyən yoxdur. Beləliklə, bədii sözün meydanı da işğal olunur, söz dəyərdən düşür. Məncə, bu məsələlər diqqətdən kənarda qalmamalıdır”.

Şərhlər

Aldanmış kevakib 2018-08-04 13:23:59

Sabah elviraya xalq pozucusu, marata da xalq getirıcisi-aparıcısı fexri adları verdiler, heç o zaman dillenmediniz...Ey Mirze Celilliye ve Sabirliye iddialı xadimimiz....

Bəhram Qarabağlı 2018-08-04 13:23:59

Son üç əsrdə boуnuna "şaşka" dirənmiş тürklərə уaşama şansı digər dini-eтnik qrupa aid edilmə şərтi ilə verilib. Xüsusilə Qafqazda çoxu Ocaqlarının aуlı-ulduzlu qüllələrini çıxarmaqla, xaçlarla real olümdən qurтulub, уeni тəriqəтlərə bolünmüş və dinsiz(aтeisт) koçəri уezidlərə qoşulmuşlar. Beləliklə imana inam da, baba ocagına ümid də azalıb, dil də rus qramoтeуinə düşüb. "Milli" şüarlı Azərbaуcanın, hələlik oz тarixi hüquqi müsтəqillik aтribuтlarına тam qovuşmasına siуasi сürəтi gorünmür?

t.ədalət 2018-08-04 13:23:59

Ana dili,təkcə savadsız adamların qüsurları ilə bulanmır,ondan yaltaqlıq və sdatqınlıq üçün istifadə edəndə də kiflənir..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol