BAŞ NAZİR MONOPOLİSTLƏRİ SEVİNDİRDİ… - Yeni rüsumlardan kim uddu, kim uduzdu?

Hökumətin mobil telefonlara digər məişət cihazlarından fərqli olaraq, xüsusi önəm verməsi və onların idxalı ilə bağlı müxtəlif tarif və qadağalar tətbiq etməsi qətiyyən əhalinin xeyrinə atılmış addım hesab edilə bilməz. Xüsusilə də mobil telefonların qeydiyyat rüsumunun birdən-birə 6 dəfədən 30(!) dəfəyədək artırılması ilə bağlı baş nazir Novruz Məmmədovun bu günlərdə imzaladığı qərarın istər alıcıların, istərsə də dövlətin özünün büdcəsinə müsbət təsir etməyəcəyi ehtimalı olduqca yüksəkdir.

Xatırladaq ki, son qərarla 5 manat olan qeydiyyat rüsumu telefonun qiymətindən asılı olaraq, 30-150 manatadək artırıldı:

Bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 30 manata,

bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 50 manat,

bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına, qədər olduqda – 60 manat,

bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda – 70 manat,

bazar qiyməti 701 ABŞ dollarından 1 000 ABŞ dollarına qədər olduqda – 100 manat,

bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda 150 manat.

Ümumiyyətlə bu qərar olduqca anormal görünür. Çünki istənilən normal ölkənin normal hökuməti bu və ya digər rüsumu, yaxud vergini müəyyən faizlə artırır, yaxud azaldır. Yəni artım, yaxud azalma faizlə ölçülür, dəfə ilə, özü də 30 dəfə ilə yox. Demək belə nəticə çıxır ki, ya Artur Rəsizadə hökuməti öz vəzifəsini düzgün icra etməyib və indiyə kimi bu sahəni nəzarətsiz buraxıb, ya da yeni hökumət kimlərinsə sifarişinə və istəyinə uyğun olaraq, belə kəskin artıma imza atıb. Bəs daha çox kimlərə sərf edir bu qərar?

İlk növbədə bu artımın alıcıların maraqlarına uyğun olmadığı birmənalıdır. Məsələ ondadır ki, istehlakçıların müəyyən qismi mobil telefonları ya özlərinin xarici səfərləri zamanı əldə edirlər, ya da yaxınları onlar üçün xaricdən gətirirlər. Və bu zaman Azərbaycanın daxili bazarındakı satış qiymətinə nisbətdə, modelindən asılı olaraq, 100-200 manat və bəzi hallarda isə daha çox vəsaitə qənaət etmiş olurlar. Alıcıların digər qismi isə ölkə daxilində kiçik sahibkarlara aid və rəsmi distribyutor olmayan telefon mağazalarından nisbətən ucuz qiymətə telefon almaq imkanına malik idilər. Belə ki, bu sahibkarlar özlərinin və yaxud yaxınlarının vasitəsilə xaricdən gətirdikləri telefonları alıcının adına 5 manata qeydiyyatdan keçirirdilər. Və eyni telefonu rəsmi distribyutorun, yəni ki, həm də monopolistin təklif etdiyi qiymətdən təqribən 50-200 manat ucuz sata bilirdilər. Nəticədə həm alıcı, həm də kiçik sahibkar qazanmış olurdu.

Əvvəlki rüsumlardan dövlət büdcəsi də az qazanmırdı. Çünki xaricdən telefon gətirilməsi sərfəli olduğundan qeydiyyat sayı da kütləvi halda və olduqca çox idi. Göründüyü kimi, həm əhali, həm mobil telefon biznesilə məşğul olan kiçik sahibkarlar, həm də dövlət bundan müəyyən qazanc əldə edə bilirdi.

Bu vəziyyətdən narazı qalan yeganə tərəf isə monopolistlər idi. Və sentyabrın 1-dən tətbiq ediləcək yeni qeydiyyat rüsumlarından sevinən tərəf də yalnız onlar olacaq. Belə ki, yeni rüsumlar, xüsusilə də kasıb və orta təbəqənin istifadə etdiyi 100 dollardan 700 dollaradək olan telefonların xaricdən alınıb gətirilməsini demək olar ki, mənasız edir. Çünki rəsmi distribyutor adı daşıyan inhisarçının təklif etdiyi qiymətlə fərdi qaydada gətirilən telefonun alış dəyərilə yeni rüsumun cəmindən yaranan qiymət arasında elə bir əhəmiyyətli fərq qalmır. Onu da xüsusi qeyd etməliyik ki, hazırda tələbatın yüksək olduğu telefonların böyük əksəriyyəti iki kartlıdır. Və gətirilən telefonların hər iki kartının işləməsi üçün iki dəfə qeydiyyat yerinə yetirilir ki, bu da ikiqat rüsum ödənişi deməkdir. Nəticədə, misal üçün “Samsung”un rəsmi nümayəndəsi olan “İnteqral”-ın mağazalarında satışda təqribən 450 dollara olan telefon fərdi qaydada gətirdikdə qeydiyyat rüsumu ilə birgə təxminən 435-440 dollara başa gələcək. Bu fərq isə onu gətirən kiçik sahibkara sərf etmir. Heç istehlakçıların özlərinin də xaricdən telefon alıb gətirmələrinin əhəmiyyəti qalmır. Bu isə qeydiyyat sayını da çox kəskin şəkildə aşağı salacaq. Nəticədə yeni rüsumlardan büdcəyə daxil olan vəsaitin azalması ehtimalı yaranır.

Burada yeganə müsbət cəhət xarici turistlərin özlərilə gətirdikləri telefonları qeydiyyata salması nəticəsində daxilolmaların artması ehtimalı ola bilər. Lakin qeydiyyat müddətinin 1 ay olduğunu və turistlərin də böyük əksəriyyətinin daha az müddətə gəldiyini nəzərə alsaq, bu istiqamətdən də ciddi artım gözləməyə dəyməz. Digər tərəfdən, bu rüsumlar turistlər üçün də artıq xərc deməkdir və qətiyyən onların komfortuna xidmət etmir.

Göründüyü kimi, nə əhali, nə də büdcə üçün bu rüsumlardan müsbət nəticə gözləməyə dəymir. Əvəzində mobil telefon inhisarçıları xeyli irəli düşmüş olur – satış və müvafiq olaraq, qazanc artır. Hətta fürsətdən istifadə edərək, onlar tərəfindən qiymətlərin artırılması ehtimalı da olduqca yüksəkdir.

Əlbəttə, kimsə deyə bilər ki, rəsmi distribyutorların satışının və qazancının artması onların büdcəyə ödədikləri verginin də artmasına səbəb olacaq. Ancaq bu inhisarçıların kimlər olduğu və arxalarında kimlərin durduğunu nəzərə alanda, vergi daxilolmalarının artacağı ehtimalı bir qədər şübhəli görünür. Məsələn, mətbuatda dəfələrlə “Samsung” və digər bir çox modellərin monopoliyasının Vladimir Putinin dostu kimi tanına İlham Rəhimovun kürəkəninə aid olduğu iddia edilib. Hətta bu məsələ ilə bağlı onun özünün də bəzi açıqlamaları olub.

Onu da qeyd edək ki, Fazil Məmmədovun vaxtında Vergilər Nazirliyi həmin distribyutorla bağlı böyük vergi yoxlaması aparmışdı. Bu barədə o vaxt mətbuata hər hansı məlumat verilməsə də, uzun müddət sözügedən inhisarçı şirkət mobil telefonların topdan satışını dayandırmış, ofisini bağlamışdı. Bu hal belə nəticəyə gəlməyə əsas verirdi ki, şirkətin vergidən yayınması ilə bağlı ciddi şübhələr mövcud olub. Sonradan bu problem necəsə həll olundu...

Demək istədiyimiz odur ki, satışın və gəlirin həcminin artmasının mütləq vergi daxilolmalarının da artması ilə nəticələnəcəyini söyləmək biraz çətindir.

Ona görə də yaxşı olar ki, bir neçə aydan sonra hökumət tərəfindən telefon qeydiyyatı rüsumlarının artırılmasından büdcəyə daxil olan vəsaitin həcmi bəyan edilsin və göstəricilər əvvəlki dövrlə müqayisə edilsin. Eynilə monopolist şirkətlərin həmin dövrdə ödədikləri verginin məbləği açıqlansın və bu göstəricilər də əvvəlki dövrlə müqayisə olunsun. Onda görərik ki, bu anormal qərardan kimlər uddu, kimlər uduzdu...

Cəlal

AzPolitika.info

635x100

Şərhlər

Tanıyan şəxs 2018-08-05 13:42:12

Novruz müəllimi dolaşığa salıblar.O hara,baş nazir hara? ....O nə bilir istehsalat nədir,insanlarla əlaqə nədir,nəyi necə etmək olar.Yazığı dolaşığa salıblar.

samir 2018-08-05 13:42:12

Mən həmişə demişəm və yenə də deyirəm,bizim məmurlar heç zaman öz vəzifələrini yerinə yetirmək ikdidarında dyillər.Onlara yuxarıdan nə əmr etsələr onlar onu icra edirlər.İmumiyyətlə Nazirlər kabineti lazımsız bir qurumdur.

turan 2018-08-05 13:42:12

Çox axmaq bir qanundur. 21-ci əsr yarı olur ancaq sadə azərbaycanlı xaricdən özünə 1 ədəd istədiyi telefonu gətirə bilməz,ancaq hər şey bu acgöz ,doymaq bilməyən məmurların olmalıdır,hər il nəyinsə qiyməti qalxır belə nənəm də işləyər..

Eldeniz 2018-08-05 13:42:12

Bas nazirolmaq muallim olmaq deyil. sukani bele saxlayin . imkan vermeyin xalq dolansin. hamisi neft qizil faydali qazintilar corek qend telefon evler vezifeler ve saire sizin olsun.doyanda xeber edersiz.

mühəndis 2018-08-05 13:42:12

Bu adamə anlamadığı işlərlə yükləyiblər.Axı o bu sahədə nə edə bilər.Adi dil müəllimi hara,sənaye,kənd təsərrüfatı,rabitə.nəqliyyat və sairə hara?Bu işlər protokolla,yazı ilə yürüməz!

Şofer 2018-08-05 13:42:12

Bundan yaxşı konduktor çıxar. gücənə gücənə hamıdan pulu alar

pensiyaci 2018-08-05 13:42:12

deyeneyin bir ucu hemise kasiba deyir.

yusif 2018-08-05 13:42:12

belarusiyada hokumet qiymetler qaldirmaq isteyende lukasenko hirslendi ve dedi-hokumet qiymet qaldirmaq ucun deyil- endirmek ucin lazimdir

Vahid 2018-08-05 13:42:12

NEW Baş nazir Novruz Məmmədovun əvvəllər MONOPOLİST oldmasına dair məlumata heç yerdə rast gəlməmişdim.Ancaq N.Məmmədovun B.nazir təyinatından az sonra fərdi surətdə gətirilən tək-tək mobil telefonlara (Rəsul Quliyev deməli)xəpdən tətbiq etdiyi GÖYDƏLƏN rüsumdan aydın olur ki,bundan sonra bu sahəyə cənab N.Məmmədov nəzarət edəcək.

Obyektiv 2018-08-05 13:42:12

Day bele idise, ele Artur Rasizade yerinde oturmushdu de.. ) Ishin bu yerinde bu "rusumlar", "artimlar" tezeden neye getirib chixardar...

Altay 2018-08-05 13:42:12

Hələ indiyə qədər xalqın xeyrinə bir dənədə olsun qqnun,qərar,fərman verilməyib və verilməyəcəkdə. Hamısı vəzifədə oturanların xeyrinə olub.

elman 2018-08-05 13:42:12

Burda vəzifəyə elə insanlar seçilir ki özündən yuxarkını qulu olsun,aşağı təbəqəni də məhv etsin baltalasın,soysun,əlindəkini alsın dubinkalsın,yeri gələndə güllələsin, məhkəmədə zakaznoy qərar çıxarsın. Nə ki pis işlər var yaxşılıqdasn başqa bacarsın. Bu bu günkü vətənimizin reallığıdır. Kim inanmırsa yazsın və sübut etsin

Bakılı 2018-08-05 13:42:12

AXIR VAXTLAT AZƏRBAYCANDA NƏ QANUN QƏBUL OLUNURSA HAMI XALQIN ZİYANINADI. BUNLARIN AC GÖZLƏRİ DOYAN DEYİL.

EWDER 2018-08-05 13:42:12

GEL BELESI ILE SURRETLI INKIWAF ET...VALLAH GULMELI DOVLETDE YAWAYIRIQ

mubariz 2018-08-05 13:42:12

buna jek mudiri yarashir. bash nazir yox

Vəli 2018-08-05 13:42:12

Əşi bu yazıq nəyə qol çəkdiyini bilirki bəyəm.Bunun nə anlayışı var belə məsələrdən? Sadəcə "Düşmən məni alverdə görsün" prinsipi ilə qarşısına nə qoysalar tezcə qol çəkir ki, desinlə BAŞ NAZİR VAR VƏ HƏM DƏ İŞLƏYİR.Ay tövbə ordakılar deyir ki,Nazirlər kabineti ilə Rabitə nazirliyi AVTOPİLOTA qoşulub özbaşına gedir və onları idarə edən kimsə yoxdu.

Moran 2018-08-05 13:42:12

Ümumiyyətlə Azərbaycan iqtisadiyyatı qruplara maraq üzərində qurulub, heç bir məntiqi əsaslandırması yoxdur. Monopolist Mobil operatorlar xalqı eninə uzununa talayır, halbuki qoyduqları investisiyaları neçə qatına götürüblər.hökumət bilməlidir ki, xalqa yüklənmiş hər əlavə rüsum əlavə infilyasiya qüvvəsidir. O ki qaldı Baş Nazirə, körpüyə çıxanları endirmək pis iş deyil, yaxşı olar ki, ilin sonunda bütün nazirlərlə birgə gəlirləri barədə bəyannaməsini versin, bütün məmurları buna dəvət etsin.

Vətəndaş 2018-08-05 13:42:12

50-60 ILDIR NAZIRLƏR KABINETININ QƏRARLARI YA QİYMƏT ARTIMI İLƏ ,YA DA QƏRARLAR QƏBUL EDİLƏNƏ QƏDƏR OLAN İCAZƏLƏRƏ DAHA OLMAZ İLƏ BAĞLI OLUB.BU İSƏ SÜBUT EDİR Kİ, NAZRLƏR KABİNETİ XALQA YOX,AYRI-AYRI ŞXSLƏRƏ XİDMT EDİB VƏ EDİR.NORMAL ÖLKƏLƏRDƏ QİYMƏTLƏRİN ŞƏRAİTƏ UYĞUN OLARAQ AŞAĞI SALINIR VƏ YA ƏHALİNİN XEYRİNƏ OLAN OLAR QƏERARLARI VERİLİR. AZƏRBAYCAN ABSURDLAR ÖLKƏSİNƏ ÇEVRİLİB.qANUNLAR MƏMURLARA İŞLƏMİR. ƏHALİNİN GÜZƏRANI HEÇ KİMİ MARAQLANDIRMIR.

BAKILI 2018-08-05 13:42:12

Bu adam muellim olub onun iqtisadiyyatdan xeberi yoxdur

Kolxozdar 2018-08-05 13:42:12

Hamıуa, Məmurlara Cəlal bəу qədər də olsa düşüncəli mülahizə arzulaуıram. Son 15-20 ildə Azərbaуcan gozlədiуindən azı 4 dəfə çox sərvəт qazancı əldə edib. Ümumxalq mülkiууəтini onsuz ozəlləmə, bazarsız parklar, modal-fasad уeni Dovləт İqтisadiууaтı kimi qəbul edilib? Qarşılıqlı тərəflər oz dəуərini müəууən edən(2015)dən, Azərbaуcana məxsus İQТİSADİУУAТın olmadıgı üzə çıxdı. Üç ildir vergi-qiуməт arтımı, "Okeanda baтan çopdən уapışar!"тədbiridir. Şərhə əks-zidd mülahizələr daha maraqlı olar!

Son yazılar