Menu

ABŞ-da Trampın tərəfdarları ilə əleyhdarları arasında toqquşma - VİDEO

05.08.2018, 18:32
ABŞ-da Trampın tərəfdarları ilə əleyhdarları arasında toqquşma - VİDEO

ABŞ-ın hüquq-mühafizə orqanları şənbə günü Oreqon ştatının Portlend şəhərində ölkə prezidenti Donald Trampın yüzlərlə tərəfdarları ilə əleyhdarları arasında baş verən toqquşmanın qarşısını alıblar.

“Report” xəbər verir ki, bu barədə şəhər polis idarəsi məlumat yayıb.

Bildirilir ki, qarşıdurma zamanı etirazçılar bir-birilərinə daş və butulka da daxil olmaqla müxtəlif əşyalar atıblar. Həmçinin etirazçıların əllərində beysbol taxtası, qatlanan bıçaq, dəyənək, qaz pulverizatoru və səs qumbarası da olub. Saxlanılan və zərərzəkənlərin sayı açıqlanmır.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol