Menu

Kolleclərə ixtisas seçimi bu gün başa çatır

06.08.2018, 11:42
Kolleclərə ixtisas seçimi bu gün başa çatır

Ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi bu gün saat 23:59-da başa çatır.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

İxtisas seçiminə qəbul (buraxılış) imtahanında (hər iki mərhələ üzrə) ümumi balı 40-dan, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

Avqust 6-sı saat 10:00-a qədər 11671 abituriyent ixtisas seçimi edib. Onlardan 11444-ü Azərbaycan bölməsini, 227-si rus bölməsini bitirənlərdir.

Müsabiqəyə qeyd olunan müddət ərzində ixtisas seçimi edib ərizəsini təsdiq etmiş abituriyentlər buraxılacaqlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol