Menu

Mehman Hüseynovun anası vəfat etdi

06.08.2018, 11:52
Mehman Hüseynovun anası vəfat etdi

Həbsdəki blogger Mehman Hüseynovun anası Firəngiz Hüseynova dünyasını dəyişib.

"Turan"-ın məlumatına görə, kəskin ürək çatışmazlığı diaqnozu ilə xeyli vaxtdır xəstəxanada müalicə alan F.Hüseynova bu gecə vəfat edib.

Çoxsaylı müraciətlərə baxmayaraq, hakimiyyət Mehman Hüseynova son günlərini yaşayan anası ilə vidalaşmaq üçün şərait yaratmayıb.

Mehman Hüseynovun qardaşı Emin Hüseynov isə mühacirətdədir.

Alah rəhmət eləsin!

Şərhlər

Əlosət Ağayev 2018-08-06 11:52:29

Allah o anaya qəni qəni rəhmət eləsin.
Mehmanı şərləyənlərə isı, Allahın Bəlası gəlsin. Allah Belə kafirləri Allah tezliklə bu dünyadan yox eləsin.Amin!

NURədin ardı 2018-08-06 11:52:29

HEÇ OLMASA MEHMANA DEMƏSİNLƏR, UŞAĞIN ÜRƏYİ PARTLAYACAQ.

NURəddin 2018-08-06 11:52:29

OĞLANLARI YANINDA YOXDUR Kİ,CƏNAZƏSİNİ YERDƏN QALDIRSIN.HƏSRƏT VƏ TƏNHALIQ İÇİNDƏ ÖLMƏYƏ MƏCBUR EDİLİB YADLAR ÇİYNİNDƏ GEDƏN BU QADININ AHI ONA ZÜLMÜ VERƏNLƏRİ TUTSUN.ALLAHIN BÜTÜB QEYZ VƏ QƏZƏBİ BU HÖKMÜ ÇIXARANLARIN ÜSTÜNƏ TÖKÜLSÜN. BU GÜN! BU SAAT! BU AN! SABAH GECDİR YA RƏBBİM, BU GÜN, İNDİ, BU AN ET! BELƏ ZALIMLIQ HEÇ BİR MİLLƏTDƏ, HEÇ BİR DİNDƏ-MƏZHƏBDƏ YOXDUR.BUNU EDƏNLƏR KİMLƏRDİR GÖRƏSƏN? ERMƏNİ BELƏ BU CILIZLIĞI ETMƏZ.

miri 2018-08-06 11:52:29

Allah rəhmət etsin.Zalimlar öz xislətini bir daha sübut etdi: oğula son nəfəsdə Ana ilə görüşmək imkanı belə vermədi...

Uveys 2018-08-06 11:52:29

duz elemirler. xalqin nifretini qazanmagin ne xeyiri var? Mehman villalarin heremxanalarin sekilini cekdiyine goremi bele zulme meruz qoyulur? Bu yaxsi tarix olaraq yazilmir Azerbaycanin adina...

Mühəndis 2018-08-06 11:52:29

Allah rəhmət eləsin!! Qəbri nurla dolsun. Hər kəsin ANAsı olur.ANA kimdir,bilməyənlər analara qarşı belə münasibət göstərirlər.Allah nankorlara lənət eləsin.Baladan ANA ilə intiqam alırlar.Bu yalnız bizim ölkədə olar.Hələ görəcək günlərimiz var.Xalqın qanı, canı bahasına özlərinə milyonlar qazanıb,sonra da ana ilə intiqam alırlar.Lənət olsun baiskarlara.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol