"Hikmət müəllim, yadınızdadırsa üç, ya da dörd il öncə mənə 231 manatlıq iş təklif etmişdiz"
Hakim partiyanın rəsmi orqanı olan "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu Prezident İlham Əliyevin sərəncamı əsasında mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə tikilmiş binadan aldığı 3 otaqlı mənzili ərəblərə kirayə verib.
"AzPolitika.info"nun məlumatına görə, bu barədə Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Elşad Baratın Hikmət Babaoğluna yazdığı "Açıq Məktub"da söhbət açılır. Elə həmin məktubda həm də belə bir məlumat verilir ki, bu deputatın Bakıda 18 mənzili var!

Hikmət müəllim, siz dəyərli insansız, bir dəfə üz-üzə yarım saat söhbət də etmişik, niyə bu qədər müddəti susmusuz? Niyə deməmisiz ki, o ev sizin yox, Elşad Baratındır? Axı, sizin təkcə Bakıda on səkkiz dənə eviniz var! Məncə siz orda evinizin olduğunu bilmirsiz, yoxsa bu haqsızlığa dözməzdiz, çünki siz ədalətli jurnalistsiz..."
Şair daha sonra xatırladır ki, bir dəfə iş üçün Hikmət Babaoğlunun qəbulunda olub. İndi çoxsaylı evlərindən birini ərəblərə kirayəyə verən baş redaktor ona 231 manatlıq iş təklif edib: "Hikmət müəllim, yadınızdadırsa bir dəfə bir dostumuz məni sizin yanınıza göndərmişdi. Üç, ya da dörd il öncə. Onda siz mənə 231 manatlıq iş təklif etmişdiz. Üstündən də demişdiz ki, bu pulun 60-70 manatı çıxılacaq. Hər ay əlinə 160-170 manat alacaqsan. Mən sizə xeyli dil tökdüm ki, ay Hikmət müəllim, başınıza dönüm, mən elə hər ay 200 manat kirayəyə pul verirəm, bu 160 manatla mən nə edəcəm? Siz də öz mübarək qaşlarınızı çatıb demişdiz ki, mən orasına qoşulmuram. Sizə qurban olum, ay Hikmət müəllim, bəs siz harasına qoşulursuz? Deyin, biz də orasında dayanaq da..."
Qeyd edək ki, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə dövlət hesabına tikilmiş binadan 3 otaqlı ev alan Hikmət Babaoğlunu həqiqətən də media oliqarxlarından biri hesab etmək olar. Onun Bakıda və Azərbaycanın səfalı bölgələrində xeyli sayda ev və villasının, həmçinin şirkətlərinin olduğunu sübut edən faktlar var. Cəmi 10 il əvvəl mediaya gələn bu deputatın var-dövlətinin mənbəyi qaranlıq qalır.
***
Deputat Hikmət Babaoğlu şair-publisist Elşad Baratın ona ünvanladığı "Açıq Məktub"da yazılanlara münasibət bildirib. Baş redaktorun "AzPolitika.info"nun elektron poçtuna daxil olan qısa açıqlamasında bildirilir:
"Hörmətli Azpolitika.info.
Nəzərinizə çatdırıram ki, sosial şəbəkələrə istinadən dərc etdiyiniz mənə ünvanlanan məktubda haqqımda yazılanların heç biri həqiqəti əks etdirmir. Mənim 18 mənzilim, şirkətim və digər başqa şəkildə əmlakım yoxdur. Jurnalistlərin Binası kimi tanınan binada isə evim var, ancaq heç kimə kirayəyə verilməyib.
Mən bütün jurnalist həmkarlarımı, informasiya mənbəyi kimi çıxış etmək istəyən bütün subyektləri məsuliyyətli olmağa çağırıram. Unutmayaq ki, doğru olmayan məlumatların yayılması hüquqi məsuliyyət yaradır. Biz, milli mətbuatımızın mənsubları daima belə məsələlərdə diqqətli olmuşuq və bundan sonra da diqqətli omalıyıq. Təşəkkür edirəm".
Rasim ƏLİYEV
AzPolitika.info

Şərhlər
Od olmayan yerdən, tüstü çıxmaz......
Bu Şairi tanımıram.Ancaq Hikməti çox yaxşı tanıyıram.O,hələ Suraxanıda uçuq bir komada,ayaqqabısı cırıq,varatniki,.YAP-da Qəzetdə işləyirdi.Hələ YAP-ın o vaxtki Səbayel Rayonundakı Ofisində mənimlə Elçibəyin əleyhinə danışdığıma görə mübahisə də etmişdi.Sonra hansı yollarlasa Yer Quruluşu Q.Məmmədovun mətbuat katibi oldu.Və ``yüksəliş varlanması`` da belə başladı.Elçibəy sevgisi və cırıq ayaqqabısı da ondan sonra unuduldu.Daha doğrusu ``haqqın yolunu` tapdı.Ancaq nə qədər varlansa da hər cəhətcə yoxsuldu.
Yola ver dana kişini direşmisen eleee.
Bele ....umumilikde olkenin memurlar ordusunu teshkil edir,hamisi da ...
YALANCİNİ ATASİNA LƏNƏT SƏNİN EVİNDƏ ƏRƏB KİRƏDƏ QALMİRSA.GƏL SƏNİN EVLƏRİNİN SİYAHİSİNA BAXAQ VƏ OZUNU QALDİXİN EVİN DƏYƏRİNİ HESABLAYAQ VƏ ALDİXİN ƏMƏK HAQQİ NƏDİ?
TAM MƏSULİYƏTİMLƏ DEYİRƏM 1990-Cİ İLDƏN MƏTBUATDAYAM MƏNSUR İBRAHİMLİ İLƏ AZƏRBAYCAN NƏSRİYATİNDA CALİSMİSAM. ONDA MUSAVAT RAUF VƏ RƏSİD MƏVİDLİ VƏ YA AMASOV BİZƏ QİBTƏ EDİRDİ. İLƏRİN HAKİMİ BUNA CAVAB VERƏR BİZ KİMİK. AMMA BAS REDAKTORA GƏLİNCƏ HƏLƏ O İLƏRDƏ QZETİN ABUNƏSİNİ POCTDAN XAHİX EDİRDİK RESPUBLİKA YAYİM MUDİRİ VUQAR İDİ. BİZ HAKİMİYITİN MARAQİNDA OLAN QƏZET OLSADA MUSAVAT QƏZETİ 10 MİN TİRAL QARSİSİNDA 5 MİN ABUNƏYƏ YAZİRDİLAR. YAZİRDİLAR HA. BİNİ YAZDİRAN ABİNƏCİ YOX İDİ. BU DA BAS REDAKTOR..
Muellim uwaqdir beyem?Varsada indi onlari qohum-qonwunun adina coxdan yerbe-yer elemiw olar!Havayi ozumuzu yormayaq!
Bismillahir-Rəhmanir-Rəhim .Vallah! Ağlasığan və başadüşülən bir şey deyil! Necə olar ki, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu millətin mirşidi ”yol göstərən”kimi çıxış edən belə adam ədalətsiz qanunu pozaraq beiə bir iş görsün!
Bu yerdə Konfutsinin bir fikirini diqqət önünə gətirmək istərdim. O deyirdi:“Bəlağətli danışmağa və həddən ziyadə ədəbli görünməyə cəhd edən insan mənəviyyatsız adamdır”. Əslində, bu, heç təəccüblü də deyil. Sirr deyil ki,Axı hamı dağıdır o niyə etməsin. Baxın, bu məkrli insan yenə də səmimiyyətdən uzaq danışır! Belə çıxır ki, vəzifəli, imkanı, yaxını vars deməli nəistəsə edər! Bunlar Allahdan qorxmurlarmı!!!
Məsəl var,deyərlər,:...nə ol,bəxtin olsun!İnsanlar jurnalistika sahəsində on illərlə "can" qoyur,ancaq "demokratik ənənələrə sadiq" hökumətimizdən balaca bir daxma da ala bilmir,amma Bakının müxtəlif yerlərində 18 ədəd evi olan dünənin "məşhur" jurnalistinə ərəblərə kirayə vermək üçün 3 otaqlı mənzil hədiyyə edilir.Axxx bu jurnalistlər, sonra da yazırlar və deyirlər ki, hökumətimiz HAQSIZLIQ edir.Balam,bunun nəyi haqsızlıqdır, b.redaktorun dolanışığı zəifdir də,onunçün o evi veriblər ki, dolanışığı olsun
Ay Elşad bəy, millətin hesabına tikilən bu evləri ..... belələrindən haqq istəmək "xədimdən uşaq istəmək" ilə eynidir.Ozunuzu əbəs yormayın. Hər iki tərəfə mənsub olanlarin haqq adlanan məfkurəni dərk edməsi mümkünsüzdür. Çünki onlarin hidayət olunması "şeytanın cənnətə getməsi" kimi bir şeydir.
bu binava bas redaktorun birinci ev; deyil ki kiray; verir bu hakimiy;tin qazanundan dasilan b;sdi belelerine o ki qaldi vezifen ola
Iki gunden bir telekanalizasiya cixib millete nagil daniwir
Bir amerkalı politoloq deyirdiki,SSRİ-də oğrular doğruları idarə edir.
Uşaqda fərasətə bax sən, Zurnalist olasan özü də 18 evin ola, haram olsun
Bu gün müharibə əlilləri və şəhid ailələrinə verməyə mənzil tapılmır.Min nəfərdən birinə mənzil verəndə hay-küy düşür ki,bizdə əlil və şəhid ailələrinə dövlət qayğısı artır.Amma mənzilə ehtiyacı olmayan,Bakının ətrafında olan villalarının sayını unudan iqtidar mətbuatı rəhbərlərinə müftə mənzillər paylanır.Onlar heç hərbi xidmətə də getməyiblər.... cızma-qaraçılara bir ucdan "əməkdar" adı verilir.Hamı da bilir ki,mənzil və fəxri ad verilənlərin ortada heç nəyi yoxdur..
azerbaycanda her wey satilir,deputatlarin ise...EWDER OL CANI...BUNA SURRETLI INKIWAF DEYILIR