Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ölkə ərazisində sürüşmə zonalarındakı vəziyyətlə bağlı məlumatı açıqlayıb. ETSN-dən Trend-ə verilən məlumata görə, nazirlik iyul ayı ərzində də sürüşmə zonalarındakı vəziyyəti nəzarətdə saxlayıb.
Monitorinqlərin nəticələrinə görə, respublika ərazisində 99 sürüşmə hadisəsi qeydə alınıb. Onlardan 23-ü Bakıda baş verib.
Paytaxt üzrə aparılan monitorinqlərin nəticələrinə əsasən, Suraxanı rayonunda Zığ-1 sürüşmə sahəsində təbii və texnogen amillərin təsirindən sürüşmə prosesinin dinamikasında nisbi aktivlik qeydə alınıb.
Bundan əlavə, Binəqədi rayonunda, I mədən yaşayış sahəsində, Binəqədi qəsəbəsi, Məlik Aslanov küçəsi və ətraf ərazilərində, Sabunçu rayonunda Maştağa-Zabrat, Zabrat-Məhəmmədi, Savalan, Şuşa şəhərciyi subasma sahələrində, Daş Karxanası yaşayış massivində, o cümlədən Xəzər rayonunun Qala qəsəbəsində subasma prosesinin dinamikasında stabil gərginlik müşahidə olunub. Abşeron rayonunun Nübar qəsəbəsində təbii və texnogen faktorlar sürüşmə-çökmə sahəsində, Masazır qəsəbəsində Zəli gölü adlanan ərazidə isə sürüşmə və uçqun prosesinin dinamikasında nisbi aktivliyə səbəb olub.


Şərhlər
ey nazir ekoloq bir gəl xətainrayon inqilab ismayil kucəsi 48-50 sayli surumə ərazisində iri yasil axacari mehf edərək 20 kb mer qaraıin sahəsində yuksəkmərtəbəli binaya bax. baxa bilsən gorərsən ki bu olkədə nə ekalojiya nə surusmə ancaq durtulusmə var abi ya?