Menu

160 gedən maşın 170-lə necə radara düşdü? - DYP-dən cavab 

06.08.2018, 16:34
160 gedən maşın 170-lə necə radara düşdü? - DYP-dən cavab 

Onun barəsində tərtib edilmiş elektron protokola xitam verilib

Maksimum sürəti 160 kilometr/saat olan yük maşını 170-lə radara düşüb. Avtosfer.az məlumat verir ki, maraqlı hadisə Şirvan sakini Rahil İmanovun başına gəlib. Onun idarə etdiyi yük maşını iyulun 30-da İmişlidən Beyləqan istiqamətində hərəkətdə olarakən magistral yolun 91-ci kilometrliyində radara düşüb. Rahil İmanova sürət həddi saatda 90 kilometr olan ərazidə nəqliyyat vasitəsinin 170 km/saat sürətlə hərəkət etdiyinə dair protokol gəlib. Rahil İmanov deyir ki, idarə etdiyi yük maşınının maksimum sürəti 160 km/saatdır. Lakin heç bu sürətdə də sürə bilməz. Çünki nəqliyyat vasitəsi firmaya məxsusdur və ona GPS sistemi quraşdırılıb. Sürət həddi qoyulan limiti aşdıqda sürücü rəhbərlik tərəfindən cəzalandırılır. Nəqliyyat və yol hərəkəti üzrə ekspertlər isə bildirirlər ki, bu cür məsələlər adətən texniki səhvlər zamanı ortaya çıxır. Bunun üçün nəqliyyat vasitəsinin texniki göstəriciləri və radara düşdüyü vəziyyət tam araşdırılmalı, sonra hüquqi qiymət verilməlidir. Bunun üçün sürücü məsələnin araşdırılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etməlidir.

BDYPİ-dən Avtosfer.az-a bildirildi ki, məsələ araşdırılıb və məlum olub ki, iki avtomobil qarşı-qarşıya gələrkən yaranmış hava boşluğundan digər avtomobil də radara düşüb. Artıq sürücüyə də məlumat verilib və onun barəsində tərtib edilmiş elektron protokola xitam verilib.

Şərhlər

Oxucu 2018-08-06 16:34:44

Yük avtompbilleri bezen doğrudan da yüksek süretle sürürler. Bezen aeroport yolunda minik avtomobili 120 süretle gederken bir de görürsen yük maşını arxadan "marqat" edir ki,yol ver.

Azərbaycan vətəndaşı 2018-08-06 16:34:44

Bura Azərbaycandır.Burada hər şey mümkündür.

t.ədalət 2018-08-06 16:34:44

kameralar texniki nasaz olduqda,fəaliyyətini dayandırır.Sadəcə olaraq,bu dəfə "biclik" baş tutmayıb.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol