Menu

Kənd Təsərrüfatı Nazirliyinin nəzdində daha bir şirkət yaradılıb

07.08.2018, 11:34
Kənd Təsərrüfatı Nazirliyinin nəzdində daha bir şirkət yaradılıb

Kənd Təsərrüfatı Nazirliyinin nəzdində “Green Park Azerbaijan” MMC yaradılıb.

"Report" nazirliyə istinadən xəbər verir ki, yeni şirkət kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, satışının həyata keçirilməsi və müxtəlif xidmətlərin göstərilməsi, elmi texniki yeniliklərin, aqrar sahədə innovasiyaların tətbiq edilməsi və bu yeniliklərin digər müəssisələrə təklif edilməsi sahəsində fəaliyyət göstərəcək.

Cəmiyyəti qanunvericiliyə uyğun olaraq iştirakçıların ümumi yığıncağı idarə edəcək. Onun fəaliyyətinə rəhbərliyi direktor həyata keçirəcək.

Nazir İnam Kərimovun imzaladığı sərəncama əsasən, Zülfüqar Sadıqbəyli “Green Park Azerbaijan”a direktor təyin olunub.

Şərhlər

Kolxozçu. 2018-08-07 11:34:37

eməli bu işlər də özəl əllərə verilidi.O zaman Nazirlik nəyə lazımdır? Bir şirkət də açsınlar.adını aqrolizinq qoysunlar və nazirlik ixtisar edilsin.Hazır k.t. məhsullının satışına da əhli özü nəzarət edəcək.Çünki belə nazirlik məqsədsiz bir quruma çevrilib və ou saxlamağa nə ehtiyac var?Hər fermer öz sahəsinə nəzarət edər və nəyi hardan almaq lazlm olduğunu daha dəqiq və sərfəliolduğunu bilər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol