Menu

Bakıda şadlıq evləri və restoranlara ciddi XƏBƏRDARLIQ

08.08.2018, 09:57
Bakıda şadlıq evləri və restoranlara ciddi XƏBƏRDARLIQ

Bakı Şəhər İcra Hakimiyyəti və Ekologiya v­ə Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə Nizami Rayon İcra Hakimiyyətində geniş müşavirə keçirilib.

Trend-ə İcra Hakimiyyətinin mətbuat xidmətindən verilən məlumata əsasən, daxil olmuş məlumata görə şəhərin müxtəlif rayonlarında fəaliyyət göstərən ictimai iaşə obyektləri, restoran, kafe, şadlıq sarayları tərəfindən atmosferi tullantılarla çirkləndirmə, yerləşdikləri ərazilərdə, xüsusilə sakinlərin kütləvi istarahət yerlərində ətraf mühitə ziyan vurmaları və vətəndaşların haqlı narazılıqlarına səbəb olan amillərə yol vermələri hallarının sayı artıb. Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və Ekologiya v­ə Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə Nizami Rayon İcra Hakimiyyətində geniş müşavirə keçirilib.

Müşavirədə qeyd olunub ki, ictimai iaşə obyektləri, restoran, kafe, şadlıq sarayları tərəfindən atmosferə tüstü buraxmaqla çirkləndirilir, həmçinin obyektlərin yerləşdiyi ərazilərdə ətraf mühitə ziyan vurulur, bəzi yerlərdə yaşıllıqlar məhv edilir, ağacların kəsilməsinə və ya qurumasına yol verilir. Obyektlərin yerləşdikləri ərazilərdə, xüsusən şənbə və bazar günlərində qoxu ilə müşayiət olunan tüstü yayılır ki, bu da insanlarda diskomfort yaradır, vətəndaşlar tərəfindən çoxsaylı şikayət və narazılıqların daxil olmasına səbəb olur. Bu obyektlərin fəaiyyətləri və insanların rahatlıqları arasında ziddiyətləri aradan qaldırmaq üçün həmin müəssisələrdə müvafiq təmizləyici cihazlar quraşdırılması təklif edilib.

Yaxın vaxtlardan etibarən Bakı Şəhər İcra Hakimiyyəti və Ekologiya v­ə Təbii Sərvətlər Naz­irliyinin əməkdaşları ilə birgə reydlərə başlanacaq, sakinlərin rahatlığını pozan, narahatçılıq yaradan iaşə obyektləri və sadlıq sarayları ilə bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək.

Şərhlər

Mühəndis 2018-08-08 09:57:22

Başladıqlarını axıra çatdıra bilsələr deyərəm insanlara doğru getmək istəyirlər.Amma heç inanmıram.Bura Azərbaycandır.Pul verib yenə iyrənc qoxulu "iylərini" buraxacaqlar.Necə ki, Yasamal r/n-da "məşhur" kababxana kimi.Şərifzadə Zərdabi küçələri arasındakı kababxanalar.Amma ən sadə çıxış yolu, toylarda,ad günləri keçirən məskənlərdə yemək (pişinti) verilməsi ləğv edilsin.Tabe olmayan 10000-15000 azn cərimə olunsun.Qardaş Türkiyə üsuluna keçmək lazımdır.Bəsdir millətin,xalqın qanını sovurmaq.İşıqlarını kəs..

Mubariz 2018-08-08 09:57:22

NHüseyn Seyidzadə küçəsindəki Vusal restoranının həyətində çalınan canlı musiqi səsindən yanındakı binalarda yaşamaq mümkün deyil.Gecə saat 1-2 yə qədər musiqi səsindən yatmaq olmur. Bütün icra orqanlarına (DİN,Onbusman,Bakı iCra,Baş polis idarəsi)Meraciət olunub .Ancaq heç kim bu restoranla bacarmır.Düz 3 ildir ki eyni vəziyyətdir.Tədbir görülmür.Restoran sahibi binanın sakinlərinə deyir ki yata bilmirsiz köçün gedin başqa yerdə ev alın.Biabırçılıqdı...Dövlət bir restoran sahibi ilə bacara bilmir!!!

Azərbaycan vətəndaşı 2018-08-08 09:57:22

Bu xəbərdarlığın heç bir nəticəsi olmayacaq.Çünki bütün böyük restoranlar,istirahət mərkəzləri və şadlq sarayları məmurlara məxsusdur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol