Menu

Planetimizlə bağlı qorxunc PROQNOZ

08.08.2018, 10:37
Planetimizlə bağlı qorxunc PROQNOZ

Yer planetində anomal istilərin tüğyan edəcəyi, orta temperaturun 4-5 dərəcə yüksək olacağı proqnozlaşdırılıb.

Trend-in məlumatına görə, belə qənaətə bir qrup alim uzun araşdırmalardan sonra gəlib.

Alimlərin fikincə, kəskin istilər nəticəsində Yerin “istixana”ya çevrilməsi və bir çox bölgələrin yaşayış üçün yararsız olması riski böyükdür.

Bildirilir ki, istixana qazlarının atmosferə buraxılması iqlimə təsir edən böyük amildir, lakin təkcə bu, deyil. Belə ki, istiləşməyə səbəb olacaq insan amili ilə bağlı digər xoşagəlməz proseslər də var. Hətta istixana qazlarının atmosferə buraxılmasının dayandırılması zamanı da istiləşmə davam edə bilər.

Bu cür proseslərə buzlaqların əriməsi, okeanın dibindən metanın qalxması, bakterial tənəffüs intensivliyinin artması, Amazonda meşə massivinin azalması, Arktika və Antarktikada buzlaq sahələrinin azaldılması aiddir.

Qeyd edilir ki, istixana qazlarının atmosferə buraxılması zəncirvari reaksiyalara səbəb ola bilər. Bu zaman bəşəriyyət heç nə edə bilməyəcək.

Hesablamalara görə, 2100-cü ildə böyük şəhərlər su altında qalacaq, Maldiv kimi adalar da yoxa çıxacaq.

Şərhlər

EWDER 2018-08-08 10:37:25

ESASINKIWAFDU, GELEN DAHA SURRETLI OLACAQ...KEYF ELEYIN A MILLET.EWDER OL CANI.

Mühəndis 2018-08-08 10:37:25

BakıƏlət yolundakı,Sahil qəsəbəsindən sonrakı SOKAR terminalı bəs edir ki,şəhər və ətraf ərazilərin insanlarını 4-5 ədəd tüstü borusundan çıxan alovla daim zəhərləyirlər.Gecə-gündüz atmosferə milyonlarla kub metr yanmış qaz və istilik buraxırlar.Axı bu xalq sizə nə edib.Xaricdə də belə terminallar var.Amma hamısında təmizləyici separatorlar olur.Xalqın canı bahasına milyonlar qazanırsınız.Haramınız olsun.Bəsdirin daha.Bu ölkəni dünyada biabır etmisiniz.Elə bil Afrikadakı Bahom qruplaşmasınız.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol