Sumqayıt şəhərində məktəbdə təmir işlərinə kömək edən müəllim yıxılaraq xəsarət alıb.
"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin 21 nömrəli tam orta məktəbində baş verib.
Belə ki, Sumqayıt şəhər sakini, 1958-ci il təvəllüdlü Vaqif Həsən oğlu Əbdülrəhmanov çalışdığı məktəbdə təmir işlərinə kömək edərkən hündürlükdən yıxılaraq xəsarət alıb. O, dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.


Şərhlər
Bunun səbəbkarı Hadı Rəcəbovdur. Onun tövsiyyəsinin nəticəsi belə olar.
Müəllimə adam kimi maaş vermək lazımdır ki,o boş vaxtında kitab oxusun,biliyini artırmaqla məşğul ki, keyfiyyətli tədris edə bilsin.Yoxsa Hadının arzusu ilə müəllim dolana bilməmək üzündən tikintilərdə daş daşımamlıdır.Daş daşımaq Hadıya nəsib olsun.