10«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Almaniyanın Şpanqdalem aviabazasında Birləşmiş Ştatların «F-22 Raptor» qırıcı təyyarələridən ibarət eskadrilya yerləşdirilib. Eskadrilya təyyarələri digər Avropa təyyarələri ilə birlikdə təlimlər keçirəcək.
«The National Interest» jurnalının xəbər verdiyi kimi, Amerika Birləşmiş Ştatları (ABŞ) hərbi-hava qüvvələri (HHQ) Almaniyaya həm də uyğun avadanlıq və uçuş heyəti «tullayıb». Gözlənilir ki, eskadrilya burada bir neçə həftə qalacaq, sonra isə Avropanın digər bölgələrinə «tullanacıq».
«ABŞ HHQ Şpanqdalem aviabazasında digər avropalı təyyarələrlə birgə məşq uçuşları keçirmək məqsədilə bir «F-22 Raptor» ekadrilyası, aviatorlar və uyğun avadanlıqlar yerləşdirib. Təyyarələr aviabazaya avqustun 8-də gəliblər və bir neçə həftə ərzində Avropada qalacaqlar» - ABŞ HHQ Avropa komandanlığının bəyanatında belə deyilir.
Bu təlimlər Avropaya təhlükələrin qarşısının alınması təşəbbü çərçivəsində həyata keçirilir və bu zaman əsas təhlükələrdən biri kimi Rusiya nəzərdə tutulur.


Şərhlər