Menu

MSK ATƏT/DTİHB-ə “xox” gəlir

12.10.2013, 14:24
MSK ATƏT/DTİHB-ə “xox” gəlir

Mərkəzi Seçki Komissiyası (MSK) ATƏT/DTİHB-nin və ATƏT Parlament Assambleyasının Azərbaycanda prezident seçkilərinin nəticələrilə bağlı mənfi rəyinə cavab bəyanatı yayıb.

MSK seçkinin nəticələrilə bağlı hər iki Avropa qurumunun ilkin hesabatına “Azərbaycan seçicilərinin iradəsinin təhqir olunması” kimi yanaşır, bu hesabatı qəbul etmədiyini bildirir. ATƏT/DTİHB-nin qalan 20 Avropa qurumundan fərlqi tənqidi rəy verməsi “qurumun özünü təcrid halına salması” kimi şərh edilir.

MSK ATƏT/DTİHB-nin rəyini “qərəzli, qeyri-obyektiv” sayır, qurumu Azərbaycanla müqayisədə qonşu ölkələrdə baş verən seçki pozuntularını nəzərə almamaqda ittiham edir.

Son olaraq, MSK ATƏT/DTİHB-ni qərəzli olmaqda ittiham edərək, quruma gələcəkdə əməkdaşlıq edilməsi məsələsinə yenidən baxılması üçün Azərbaycan hökumətinə müraciət etmək məcburiyyətində qalacağı xəbərdarlığı edir.(contact.az)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol