Menu

Türkiyə dollarla ticarətdən imtina edir

12.08.2018, 00:13
Türkiyə dollarla ticarətdən imtina edir

Türkiyə əsas ticarət tərəfdaşları - Çin, Rusiya, İran və Ukrayna ilə hesablaşmaları milli valyutada aparmağa hazırlaşır.

BakuPost xəbər verir ki, bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Cümə günü ABŞ prezidenti Donald Tramp Türkiyədən Amerikaya ixrac olunan alüminyum və polada tətbiq edilən rüsumun 2 dəfə artırılmasına sanksiya verib. Nəticədə Türkiyə lirəsi kəskin surətdə ucuzlaşıb.

ABŞ və Türkiyə arasında münasibətlər həmçinin 2016-cl ildə həbs edilən amerikalı rahib Endrü Bransonun işinə görə də gərginləşib.

Ərdoğan bildirib ki, Avropa ölkələri "dollar buxovundan azad olmaq istəsə”, o zaman Ankara onlarla da analoji hesablaşmalara keçməyə hazırdır.

"Heç kim Türkiyəni iqtisadiyyat sahəsində qarşısına qoyduğu məqsəddən yayındıra, terrorçuluqla mübarizədən geri çəkilməyə məcbur edə bilməz. Bunu açıq bəyan edirəm. Türkiyə Suriya və İran siyasətini dəyişməyəcək”, - Ərdoğan deyib.

Şərhlər

Gədəbəу kəndlisi 2018-08-12 00:13:55

Hər iki dovləт qəтiliуi sevməуən siуasi şüarlarla, kəskinlik тələb edən hüququ dolaşıq salırlar. Məcazi nəicədə bu Тürkiуəni F-35 qırıcılarından geri, C-400 kompleksinə endirməkdir. Xurmaуa ümid Azərbaуcan, pomidora qızılı kapiтal qoуub ki, RF qiуməтindən də ucuz saтıb dollar, уa rubl əldə eт? Тürkiуə dollarsız dirçəlişə necə gedəcək?

Türk 2018-08-12 00:13:55

Bu qudurmuş ABŞ susdurmağın ən düzgün yollarından biridir.Mən tam əminəm ki, böyük türk xalqı bu sınaqdan üzü ağ çıxacaq və heç zamzn düşmən ABŞ-a əyilməyəçək.ABŞ müsəlman və türk dünyasının birinci düşmənidir.Bunu ABŞ bir daha Qüdsü İsrailin paytaxtı kimi tanıyan zaman sübut etdi.Bu gün dünyada axan qanların arxasında ABŞ dayanır.Mən ABŞ rəhbərliyinə bir sual var. ABŞ Gürcüstanda,Ukraynada,Ərəb ölkələrində,Əfqanstanda və digər münaqişə ocaqlarında nə axtarır.Nə üçün imkan vermir bu dövlətlər sakit yaşasın

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol