Menu

Jerar Pike İspaniya yığmasında karyerasını başa vurub

12.08.2018, 12:30
Jerar Pike İspaniya yığmasında karyerasını başa vurub

"Barselona"nın müdafiəçisi Jerar Pike futbol üzrə İspaniya yığmasında karyerasını başa vurmaq qərarına gəlib.

“Report” xəbər verir ki, 31 yaşlı futbolçu İspaniya millisində 2009-cu ildə debüt edib və komandada keçirdiyi 103 oyuna 5 qol vurub.

"Mən Luis Enrike ilə bir-iki həftə əvvəl söhbət etdim və ona belə bir düşünülmüş qərar qəbul etdiyimi dedim. Bu çox gözəl dövr idi, mən bu müddət ərzində Avropa və dünya çempionu oldum. Fikrimi "Barselona"ya cəmləşdirməyə hazırlaşıram. "Barsa"da nə qədər çox vaxt keçirsəm, bir o qədər yaxşıdır", - deyə AS nəşri onun sözlərini sitat gətirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol