«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, bu ölkənin müdafiə naziri Sergey Şoyqu «Rossiya 24» telekanalına verdiyi müsahibədə bəyan edib ki, Rusiya onunla güc mövqeyindən danışmağa dözməyəcək.
O, Almaniyanın müdafiə naziri Ursula fon-der Lyayenin aprel ayında səsləndirdiyi «Rusiya ilə münasibətdə daha sərt kürsdan çıxış etməyin gərəkli olması» barədə bəyanatını belə şərh edib. Şoyqu almaniyalı həmkarına tarixi xatırlamağı tövsiyyə edib.
«Almaniyanın bizim ölkəmizdə bütün etdiklərindən sonra, düşünürəm ki, orada daha 200 il bu barədə danışmaq lazım deyil, çıxış etmək lazım deyil» - Şoyqu bəyan edib.
Nazir həm də belə bəyanatların hansı nəticələrə gətirib çıxartdığını xatırladıb.
«Babalarınızdan soruşun: Rusiya ilə güc mövqeyindən danışmaq nə deməkdir? Güman ki, onlar danışarlar» - deyə, Şoryu qeyd edib.
Nazir bir daha qeyd edib ki, Rusiya istənilən təmasa və rassional əməkdaşlığa hazırdır.
Son vaxtlar bəzi Avropa ölkələri Rusiya ilə «güc mövqeyi»ndən dialoqa girməyə çağırışlar edirlər. Məsələn, Lyayendən başa, Britaniyanın Baş naziri Tereza Mey və Estoniyanın xarici işlər naziri Sven Mikser də uyğun bəyanatlarla çıxış edirlər.


Şərhlər