«AzPolitika.info»-nun Türkiyə KİV-nə istinadla verdiyi xəbərə görə, Prezidnt Rəcəb Tayyip Ərdoğan ölkəsinə yönəlik Amerika Birləşmiş Ştatları (ABŞ) hakimiyyəti tərəfindən başlanmış ticarət müharibəsi barədə danışıb.
«Anadolu» agentliyi Türkiyə liderinin sözlərindən sitatlar gətirib.
Bundan əvvəl, ABŞ Prezidenti Donald Tramp Türkiyədən idxal olunan polad və alüminium üçün idxal rüsumunun qaldırıldığını elan edib. Bu qərar Türkiyə lirəsinin tarixi minimuma qədər enməsi ilə nəticələnib.
Ərdoğan qeyd edib ki, Ankara yeni birliklər və müttəfiqlər çərçivəsində əməkdaşlığı aktivləşdirmək niyyətindədir. Digər cavab tədbiri kimi, Turkiyə lideri «yeni bazarlara dönüş»ü önə çəkib.
Bununla yanaşı, Ərdoğan ehtimal edir ki, Türkiyəyə yönəlik ticarət müharibəsi «Ankaranı bütün sahələr üzrə - maliyyədən siyasətə qədər - özünə tabe etdirmək» məqsədi güdür.
Dövlət başçısı onu da əlavə edib ki, Türkiyə «çox məkrli siyasi oyunlarla» qarşılaşıb. Ancaq Ərdoğanın sözlərinə görə, Ankara «valyuta kursundan sarsılmayacaq».


Şərhlər