Menu

İrlandiyalı qadın istidən kor olub! - Linza taxdığına görə...

13.08.2018, 00:24
İrlandiyalı qadın istidən kor olub!  - Linza taxdığına görə...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Dublin sakini Süzanna Dann linzanı düzgün taxmadığına görə, bir gözündən kor olub. Bu barədə «Dublin Live» nəşri yazıb.

Gözündə ağrı və göynərti hiss edən 30 yaşlı tibb bacısı xəstəxanaya üz tutub və orada iki həftə müalicə alıb.

Məlum olub ki, linzanın altına girmiş parazit gözün bəbəyinin soyuqlamasına səbəb olub. Həkimlərin sözlərinə görə, isti hava linzanın altındakı parazitin çoxalması üçün münbit şərait yaradıb.

«Mən çox məyus oldum ki, uşaqlarım yuxudan ayılaraq, mənim xəstəxanaya necə getdiyimi müşahidə etməli oldular» - deyə, Dann danışıb.

Həkimlər qadını xəbərdar ediblər ki, istidə parazitlər linzanın altında tez çoxalırlar və görmə qabiliyyətinə düzəlməz ziyan vura bilirlər.

«Mən, bunu xüsusi vurğulamaq istərdim, çünki insanların mənim keçdiyimdən keçməsini istəmirəm» - deyə, qadın qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol