Menu

Polşada bir şəhərin bütün polis əməkdaşları işə çıxmaqdan imtina etdilər

13.08.2018, 00:41
Polşada bir şəhərin bütün polis əməkdaşları işə çıxmaqdan imtina etdilər

Polşanın şimalındakı Kamen-Pomorski şəhərinin bütün polis işçiləri xəstəlik kağızı alaraq işə çıxmayıbıar. Eyni vəziyyət Şetsin şəhərinin iki rayonunda da qeydə alınıb.

Virtualaz.org Rusiya mətbuatına istinadla xəbər verir ki, Şetsin-Dabe polis məntəqəsində polis əməkdaşlarının 100 faizi, Şetsin-Nebuçevoda isə 70%-i işə çıxmayıb. Ölkənin Daxili İşlər Nazirliyində bildiriblər ki, bunu tətil adlandırmaq olmaz, çünki polisin tətil etməsi Polşada qanunla qadağandır.

Məlumat verilir ki, polis işçiləri çox yorulduqlarından xəstəlik kağızı alıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol