Menu

Bu il evlənənlərin sayı azalıb

13.08.2018, 13:55
Bu il evlənənlərin sayı azalıb

Azərbaycanda bu ilin ilk 5 ayı ərzində evlənənlərin sayı ötən ilin müvafiq dövründə evlənənlərin sayı ilə müqayisədə azalıb.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

2018-ci ilin beş ayı ərzində qeydiyyat şöbələri tərəfindən 22489 nikah qeydə alınıb. Ötən ilin müvafiq dövründə isə nikahların sayı 23044 olub ki, bu da bu illə müqayisədə 555 nikah çoxdur. Ümumilikdə bu il əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 5,5 olub.

Boşanmaların sayına gəldikdə, bu ilin ilk 5 ayı ərzində 6177 boşanma halları qeydə alınıb. Bu il qeydə alınan boşanmaların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə nisbətən azalıb. Ötən ilin ilk 5 ayı ərzində ölkədə 6207 boşanma qeydə alınmışdı. Bu il əhalinin hər 1000 nəfərinə düşən boşanmaların sayı 1,5 olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol