Menu

“Qaçqınkom”da intihara cəhd - FOTO+VİDEO

13.08.2018, 15:51
“Qaçqınkom”da intihara cəhd  - FOTO+VİDEO

Bir qədər əvvəl Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin binasından intihara cəhd olunub.

BakuPost xəbər verir ki, məcburi köçkün, gözdən əlil idmançı Natiq Hüseynov mənzil problemləri ilə əlaqədar sədrin qəbuluna gəlib, məsələnin həll olunmadığını görən əlil binanın 4-cü mərtəbəsinə çıxaraq, şüşələri qırıb, qollarını kəsib.

Hal-hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunub.

Hadisə yerinə müğənni Manaf Ağayev gələrək onu intihar fikrindən daşındırıb. Hazırda sədrin qəbulundadırlar.

Komitənin mətbuat xidmətindən BakuPost-a bildirilib ki, şikayətçinin probleminin həllinə çalışılır: "Onların evlərinin sökülməsi mart ayında baş verib. Qonşularının dediklərinə görə həmin ərazini "Yusifoğlu MMC" alıb. Yəni, əslində, problem komitə ilə bağlı deyil, həmin tikinti şirkəti ilə bağlıdır. Buna baxmayaraq, məsələni sədrimiz Rövşən Rzayev diqqətə götürüb. Vətəndaşımızın probleminin həlli üçün müvafiq addımlar atılacaq”.

Şərhlər

ayzek 2018-08-13 15:51:01

bəs deyirdiz Azərbaycanda qaçqına,köçkünə,əlillərə və nəhayət idmançılara xüsusi qayğı var? Hə, yoldaş Eldar İbrahimov,səsin niyə çıxmır? Yəqin çox ağıllısan,ona görə...

николай 2018-08-13 15:51:01

Bəs Novruz Məmmədov harda imiş görəsən?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol