Menu

BENZİN BAHALAŞIR?! - Bu gecə saat 12-dən sonra...

16.08.2018, 00:00
BENZİN BAHALAŞIR?! - Bu gecə saat 12-dən sonra...

Bu gecə saat 12-də Azərbaycanda benzin bahalaşacaq. Azərbaycana idxal olunan “Premium Euro-95” markalı benzinin qiyməti qalxacaq

Hazırda yanacaqdoldurma məntəqələrində qiymətlərin dəyişdirilməsi prosesi gedir. Amma qiymətlərin neçə faiz artacağı barədə dəqiq məlumat yoxdur. Qiymət artımının gecə saat 12-dən sonra qüvvəyə minəcəyi bildirilir.

Qeyd edək ki, ölkəmizə idxal olunan "Premium Euro - 95" markalı benzinin bir litri 1.25 AZN-ə (0.74 ABŞ dolları) satılsa da, onun hər litri hazırda orta hesabla, təxminən, 1.35-1.4 AZN-ə başa gəlir. Qiymətlərin də məhz buna uyğunlaşdırılacağı istisna olunmur. (baku.ws)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol