Polşada Birləşmiş Ştatların hərbi bazasının meydana gəlməsi ehtimalı boyükdür.
«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşak bəyan edib. Xəbəri cümə axşamı «Radio Poland» yayıb.
Nazirin sözlərinə görə, böyük ehtimalla, Amerika Birləşmiş Ştatları (ABŞ) Polşada hərbi bazanı daimi əsaslarla yaradacaq.
Balşak dəqiqləşdirib ki, bu məsələ üzrə danışıqlar hazırda «irəliləyiş» fazasındadır. Bununla yanaşı, polşalı nazir sözügedən bazanın konkret açılış tarixi barədə danışmaqdan çəkinib.
KİV-in məlumatına görə, hazırda Pentaqon Polşada belə bazanın yerləşdirilməsinin məqsədəuyğunluğu məsələsinə baxır.
Qeyd olunur ki, bu ideyanı Baltik ölkələrinin liderləri də alqışlayıblar.


Şərhlər
ABŞ Polşada hərbi bazanı çoxdan yaratmalı idi.Rusiyanın Polşa prezidentini təyyarə qəzasına salıb öldürməsi zamanı bu addım atılmalıydı.