QKÇP qiyamından 27 il keçdi - FOTOLAR

Bu günlər tarixə “QKÇP” kimi düşən sonuncu sovet çevrilişinin 27-ci ildönümüdür.Bu hadisə 1991-ci ilin avqustuna baş verib. Həmin gün SSRİ rəhbərliyinə daxil olan bir qrup mühafizəkar kommunist  sovet-rus imperiyasını qoruyub saxlamaq niyyəti ilə ölkəyə və dünyaya o dövr üçün qanuni sayılan prezidenti vəzifədən kənarlaşdırdıqlarını elan ediblər. O zaman prezident Mixail Qorbaçov Krımda yay tətilində olub və onun rabitə saxlamaq və hərəkət  etmək imkanı məhdudlaşdırılıb.

Image result for qkçp

Mühafizəkar kommunistlərə SSRİ-nin vitse-prezidenti Gennadi Yanayev başçılıq edib. Həmçinin SSRİ-nin baş naziri, daxili işlər naziri, müdafiə naziri, DTK sədri və başqa yüksək mənsəbli şəxslər də bu "Fövqəladə komissiya"ya daxil olublar.

Image result for qkçp

Ancaq işlər heç də planlaşdırıldığı kimi getməyib. RSFSR prezidenti Boris Yeltsinin başçılığı ilə demokratik qüvvələr birləşərək QKÇP-yə qarşı çıxlblar. Ölkədə idarəolunmaz durum yaranıb. Qiyamçılar geri çəkilməyə, təslim olmağa məcbur qalıblar.

Image result for qkçp

Bundan sonra SSRİ-nin dağlması prosesi sürətlənib. Avqustun 22-də Boris Yeltsin Sovet İttifaqı Kommunist Partiyasının buraxılmasına dair fərman imzalayıb. İlin sonunda isə artıq bütün real hakimiyyətini itirmiş SSRİ prezidenti Mixail Qorbaçov istefa verdiyini bildirərək SSRİ-nin süquta uğradığını, dağıldığını bəyan edib.(Musavat.com)

635x100

Şərhlər

Bəhram Qarabağlı 2018-08-19 11:28:40

Uуdurma "Ümumi Avropa Evi"(ÜAE) ideуası üzrə SSRİnin buraxılmasına referendum da keçirilmişdi. Referendum R.Reуhanın M.S.Qorbaçova "Dini-eтnik baуraqlarla SSRİ parçalanar?", isehzasını тəsdiqləmədi. Buna gorə M.S.Qorbaçov müvəqqəтi (qanunsuz QKÇP üçün) Kremli тərk eтmişdi. İdeуa ilə razı M.S.Qorbaçev oz idolu ilə SSRİni buraxıb, RF kimi ÜAEvinə gedəcəkdılər? RF B.N.Elтsini seçdi! Bu işdə Daşnaq-Erməni fəallıgı isisna edilməz. İŞGALÇI Ermənisтanın Aİ ilə müsтəsna sazişi də bunu sübuтdur.

Keçmiş SSRi vətəndaşı 2018-08-19 11:28:40

QKÇP Qorbaçovun SSRİ dağıtmaq üçün qərbdən aldığı sonunçu tapşırıq idi. Ona gorə də QKÇP-dən sonra SSRİ dağıldı.QKÇP-də iştirak edənlər isə şərəfsiz Qorbaçovun avaturasına aldanmışlar insanlar idilər.

Son yazılar