Menu

Tarif Şurasından Aİ 92 benzinlə bağlı açıqlama - RƏSMİ

20.08.2018, 16:35
Tarif Şurasından Aİ 92 benzinlə bağlı açıqlama - RƏSMİ

Sosial şəbəkələrdə və bəzi mətbu orqanlarda SOCAR-ın yanacaqdoldurma məntəqələrində Aİ 92 markalı benzinin bir litrinin 1 manata satıldığı barədə məlumat yayılıb.

Yenicag.az məsələni araşdırıb. Tarif Şurası sayta açıqlamasında yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib: "Aİ 92 markalı benzin ilə bağlı qiymət dəyişikliyi yoxdur. Yayılan xəbərlər həqiqəti əks etdirmir. Yaxın günlərdə də Aİ 92 markalı benzinin qiymət artımı ilə bağlı müzakirə nəzərdə tutulmayıb.”

Qeyd edək ki, avqustun 19-da axşam saatlarında Azərbaycanda "Premium Euro-95” və "Super Euro-98” markalı yanacağın qiyməti qalxıb. Yeni tariflərə əsasən, "Premium Euro-95”in satış qiyməti 1,50 manat, "Super Euro-98” markalı benzinin qiyməti isə 1,60 manat olub.

Şərhlər

EWDER 2018-08-20 16:35:33

YAP CILAR,GOP CULAR...LAR PARTIYASI

Bisavat 2018-08-20 16:35:33

Bu işin bir yolu varki tarif şuraslna .... vessalam

Abit 2018-08-20 16:35:33

terif şurası

t.ədalət 2018-08-20 16:35:33

Ölkəmiz yalanlar səltənətinə çevrildiyinə görə,sizə necə inanaq?Axı,həmişə belə vədlər verib sonra əks hərəkətlər etmisiniz."Vahidbank"ın yolu ilə gedənlər üçün qiymət artımlarının sonu olmur..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol