Menu

İraqda mindən çox insan içməli sudan zəhərlənib

20.08.2018, 20:43
İraqda mindən çox insan içməli sudan zəhərlənib

İraqın Bəsrə əyalətində mindən çox insan içməli sudan zəhərlənib.

"Report" "Al-Sumaria" telekanalına istinadla xəbər verir ki, bu barədə ölkənin İctimai Səhiyyə İdarəsinin nümayəndəsi Ziyad Tarek məlumat verib.

Onun sözlərinə görə, suyun çirklənməsi səbəbindən bakteriyalardan zəhərlənmə halları əyalətin bir neçə rayonunda qeydə alınıb: "Zəhərlənən insanların sayı 1000 nəfəri keçib. Onların əksəriyyəti müalicə alır".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol