Menu

Prezident İlham Əliyev Qusarda yol tikintisinə 4,1 milyon manat ayırıb

21.08.2018, 17:54
Prezident İlham Əliyev Qusarda yol tikintisinə 4,1 milyon manat ayırıb

Prezident İlham Əliyev avqustun 21-də “Qusar rayonunun Köhnə Xudat-Həzrə avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

"Report" xəbər verir ki, iyirmi iki min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Köhnə Xudat-Həzrə avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol