Menu

Ukraynada 50-yə qədər qadını satmaqda ittiham olunan azərbaycanlı saxlanılıb

22.08.2018, 17:25
Ukraynada 50-yə qədər qadını satmaqda ittiham olunan azərbaycanlı saxlanılıb

Ukraynada 50-yə qədər qadını satmaqda ittiham olunan azərbaycanlı saxlanılıb.

"Report"un əldə etdiyi məlumata görə, Ukraynanın paytaxtı Kiyev şəhər Şevçenkovskiy rayon polisi ilə Xerson şəhər polisinin birgə əməliyyatı nəticəsində azərbaycanlı, 1970-ci il təvəllüdlü Həsənov Qabil Xasay oğlunun başçılıq etdiyi dəstə saxlanılıb.

Azərbaycanlı barəsində artıq Şevçenkovskiy rayon məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

O, başçılıq etdiyi dəstə ilə birgə 50-yə qədər ukraynalı qadını Avropa və ərəb ölkələrində fahişəliyə cəlb etmə məqsədilə satılmasında ittiham olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol