Menu

Mingəçevir bazarında xiyar üstündə bıçaqlanma

22.08.2018, 20:05
Mingəçevir bazarında xiyar üstündə bıçaqlanma

Mingəçevir şəhərinin mərkəzi bazarında bıçaqlanma hadisəsi baş verib.

"Report”un Şirvan bürosunun məlumatına görə, bazarlığa gələn müştərilərdən biri satılan xiyarın qiyməti ilə razılaşmayaraq 1986-cı il təvəllüdlü satıcı Musayev Samir Vaqif oğlunu insanların gözü önündə ürək nahiyəsindən bıçaqlayıb.

Hadisəni törədən şəxs ərazidən uzaqlaşıb. Yaralı xəstəxanaya yerləşdirilib. Polis həmin şəxsin axtarışlarına başlayıb.

Bıçaqlanan şəxs 3 uşaq atasıdır, ailəsi ilə birgə kirayədə yaşayır.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol