ABŞ-dakı erməni lobbisi Amerikanın yeni Ankara səfirliyinə namizəd olaraq göstərilən Con R. Bassa qarşı müharibə elan edib.
ANS PRESS-in məlumatına görə, Amerika Erməni Milli Komitəsinin sədri Aram Hamparian bu barədə mətbuata açıqlama verib.
O bildirib ki, yeni səfirliyə namizəd Bassın Ankarada səfir olaraq fəaliyyət göstərməsinə icazə verə bilmərik:
""Erməni soyqırımı"nın tanınması məsələsində ABŞ prezidenti Obama kimi sözünün üstündə durmayacaq. Hətta namizəd səfir Obamanın mövqeyindən belə daha geridə olduğu aydın olaraq görünür"-deyə, komitə sədri bildirib.


Şərhlər