«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İsveçrənin nəhəng «Credit Suisse» bankı Rusiya ilə əlaqəli hesablarda 5 milyard İsveçrə frankını (5 milyard dollara yaxın) dondurub.
Bununla da İsveçrə hakimiyyəti Amerika Birləşmiş Ştatlarının (ABŞ) sanksiya rejiminin tələblərini yerinə yetirmiş olub.
«Röyter» agentliyinin məlumatına görə, dondurulmuş hesabların sahiblərinin şəxsiyyəti açıqlanmır.
İsveçrənin daha iki bankı - «UBS» və «JuliusBaer» də qeyd edib ki, Vaşinqtonun tətbiq etdiyi yeni anti-Pusiya sanksiyalarına əməl etmək niyyətindədir. Ancaq onlar rusiyalı müştərilərin hesablarının dondurulması barədə söhbət açmayıblar.
Bu ilin aprelində də «Renova» şirkətinin İsveçrə şöbəsinin hesaları bloklanıb. Bu şirkət Viktor Vekselberqin nəzarəti altındadır. Bundan başqa, İsveçrə bankları sözügedən oliqarxın şəxsi hesablarında 1 milyard frankı da dondurub.


Şərhlər
Buradan belə nəticəyə gəlmək olar ki,İsveçrə ABŞ-ın yedəyində gedən bir dövlətdir.Əgər bu sanksiyaları BMT tətbiq etsəydi və İsveçrə buna qoşulsaydı bunu başa düşmək olardı.Ancaq avanturist bir dövlət olan ABŞ-ın Yedəyində getmək İsveçrə dövlətini müstəqil olmasına şübhə yaradır.Buradan belə nəticə çıxır ki,sabah ABŞ nə desə İsveçrə yerinə yetirəcək.